AZ

Ukrayna Moskvanı silkələdi – müdafiə zavodu və stansiyalar vuruldu

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Moskva vilayətində yerləşən bir sıra strateji obyektlərə zərbələr endirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, SBU-nun yaydığı məlumata görə, hücumlar zamanı Moskva Neft Emalı Zavodu, “Solneçnoqorskaya” və “Volodarskaya” stansiyaları, həmçinin Rusiya hərbi-sənaye kompleksi üçün yarımkeçiricilər istehsal edən “Anqstrem” zavodu hədəfə alınıb.

Bildirilir ki, “Anqstrem” zavodu Rusiya müdafiə sənayesi üçün mühüm komponentlər istehsal edir və strateji əhəmiyyət daşıyır.

Moskva meri Sergey Sobyanin isə açıqlamasında hücumlar nəticəsində 12 nəfərin yaralandığını bildirib.

Hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirildiyi qeyd olunur.

Musavat.com

Seçilən
1
3
musavat.com

4Mənbələr