AZ

35 metrlik asteroid yerə doğru gəlir

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Astronomlar Yerə çox yaxın məsafədən keçəcək yeni asteroid aşkar ediblər. 2026 JH2 adlandırılan kosmik cisim mayın 18-də planetimizin cəmi 90 min kilometrliyindən ötüb keçəcək.Demokrat.az xəbər verir ki, bu məsafə Yerlə Ay arasındakı orta məsafənin dörddə biri qədərdir.Arizona və Kanzasdakı rəsədxanalar tərəfindən müəyyən edilən asteroid bəzi peyklərin orbitindən belə Yerə daha yaxın olacaq. Apollon sinfinə aid edilən bu obyektin trayektoriyası Günəş ətrafında fırlanarkən Yerin yolu ilə kəsişir. Alimlər 2026 JH2-nin hər hansı toqquşma təhlükəsi yaratmadığını, lakin trayektoriyasının diqqətlə izlənildiyini bildirirlər.Asteroidin ölçülərinin 15-35 metr arasında olduğu təxmin edilir. Bu da 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhəri üzərində partlayan məşhur kosmik cismin ölçüləri ilə demək olar ki eynidir. Parlaqlığı getdikcə artan asteroid həvəskar teleskoplarla da müşahidə edilə biləcək səviyyəyə çatacaq.Qeyd edək ki, bu hadisə alimlər üçün nadir tədqiqat fürsəti yaradır. Virtual Teleskop Layihəsi mayın 18-də asteroidin keçidini İtaliyadan canlı yayımlamağı planlaşdırır. Belə yaxın keçidlər Yer cazibəsinin asteroidlərin fırlanma hərəkətinə və səthinə təsirini öyrənmək üçün əvəzolunmaz imkan hesab olunur.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
50
demokrat.az

10Mənbələr