AZ

Çavuşoğlunun güllələnən qardaşı vəfat etdi

Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu 12 gün əvvəl məruz qaldığı silahlı hücumdan sonra dünyasını dəyişib.Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, 12 gün əvvəl ofisində ağır yaralı vəziyyətdə tapılan Aydın Çavuşoğlu reanimasiyada yaşam mübarizəsi aparsa da, bu gün həyatını itirib.

Onun cənazəsinin mayın 18-i saat 14:00-da Türklər Mərkəz Qəbiristanlığına dəfn ediləcəyi bildirilib.

Seçilən
11
5
metbuat.az

10Mənbələr