Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.
Publika.az xəbər verir ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə millimiz 2 medal qazanıb.
Tunar Həsənov (45 kq) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabıyla qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub.
İbrahim Həsənov (51 kq) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.