AZ

İranla bağlı qərar yaxınlaşır – Ağ Evdə fövqəladə toplantı

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İranla bağlı mümkün hərbi əməliyyat variantlarını müzakirə etmək üçün müşavirə keçirəcək.

Musavat.com xəbər verir ki, bu barədə Axios məlumat yayıb. Tramp hələ də İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini düşündüyünü bildirib və Tehrandan yeni təklif gözlədiyini deyib. ABŞ prezidenti ümid etdiyini vurğulayıb ki, İranın yeni təklifi əvvəlkindən daha sərfəli olacaq.

Tramp eyni zamanda xəbərdarlıq edib ki, əgər Tehran Vaşinqton üçün daha uyğun şərtlər irəli sürməzsə, ABŞ İrana qarşı əvvəlkindən qat-qat güclü zərbə endirəcək.

Bildirilir ki, ABŞ prezidenti İran məsələsi ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Bundan əlavə, Tramp şənbə günü milli təhlükəsizlik komandası üzvləri ilə də görüş keçirib.

 

Musavat.com

Seçilən
1
50
musavat.com

10Mənbələr