Yaxın Şərqdəki geosiyasi gərginlik səbəbindən Londonun "ICE" birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti mayın 5-dən bəri ilk dəfə olaraq bir barrel üçün 110 dolları ötüb.
Publika.az xəbər verir ki, bu, ticarət əməliyyatlarının göstəricilərindən məlum olur.
Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, "Brent" neftinin qiyməti 1,91% artaraq bir barrel üçün 111,35 dollara yüksəlib. Saat 02:20-yə yaxın isə bu markalı neftin bahalaşma sürəti bir qədər zəifləyib və o, 110,40 dollardan (+1,04%) satılıb.
Mayın 16-da ABŞ-ın energetika naziri Kris Rayt Hörmüz boğazının ən geci 2026-cı ilin yayına qədər açılacağını bəyan edib. Onun sözlərinə görə, əgər İran "dünya iqtisadiyyatını girov saxlamağa davam edərsə, Amerika hərbçiləri bu dəniz yolunu güc tətbiq etməklə açacaqlar".