525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Böyük Britaniyada kral III Karlın 30-a yaxın mühafizəçisinin xidmət zamanı yatmaları barədə araşdırmalara başlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna daha əvvəllər baş vermiş bir neçə insident səbəb olub.
Belə ki, hələ ötən ilin iyununda narkotik asılılığı olan bir kişi hasardan aşaraq kralın iqamətgahına daxil ola bilib. Yeni ildə isə arbaletlə silahlanmış başqa biri eyni hərəkəti edib və hətta kralı öldürməyə gəldiyini qışqırıb. Bəzi hallarda zabitlərin bir neçəsinin xidmətdən yayındığı da üzə çıxıb.
Qeyd edək ki, Bukingem sarayında faktı təsdiqləyiblər.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.