AZ

Çinin cənubunda 5,2 bal gücündə zəlzələ baş verib

Çinin cənubunda 5,2 bal gücündə zəlzələ baş verib

Çinin cənubunda yerləşən Quansi-Çjuan muxtar rayonunda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

AFN.az Çin Seysmoloji Mərkəzinin yaydığı məlumata görə xəbər verir ki, yeraltı təkanların episentri dörd milyondan çox əhalisi olan Lyuçjou şəhər dairəsinin Lyunan rayonu ərazisində yerləşib. Seysmik aktivliyin ocağı isə yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Seysmoloji Mərkəzin mütəxəssisləri bildiriblər ki, bu təkanlar sözügedən bölgədə son beş il ərzində qeydə alınan ən güclü zəlzələdir. Hücum və dağıntılar, eləcə də xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.

Seçilən
66
afn.az

1Mənbələr