AZ

Tramp İranla bağlı milli təhlükəsizlik komandası ilə toplantı keçirib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trump həftəsonu milli təhlükəsizlik komandası ilə müşavirə keçirib.

Bizimyol.info xəbər verir ki, CNN telekanalının məlumatına görə, görüşdə Vaşinqtonun İrana münasibətdə mümkün növbəti addımları müzakirə olunub.

Toplantının şənbə günü ABŞ liderinin Virciniya ştatındakı qolf klubunda baş tutduğu bildirilir. Görüşdə vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marco Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Ratkliffe və ABŞ administrasiyasının xüsusi nümayəndəsi Stiv Vitkoff də iştirak ediblər.

Bildirilir ki, Ağ Evin rəhbərinin həftə ərzində milli təhlükəsizlik komandası ilə yenidən görüş keçirməsi gözlənilir.

CNN qeyd edir ki, Pentaqon Trampın İrana qarşı hərbi əməliyyatların bərpasına qərar verməsi halında bir neçə mümkün zərbə planı hazırlayıb. Telekanalın yazdığına görə, potensial hədəflər siyahısına İranın enerji obyektləri və infrastruktur qurğuları daxildir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
icma.az

1Mənbələr