AZ

WSJ: İranla müharibə səbəbindən amerikalıların yanacaq xərcləri $45 milyard artıb

İranda müharibənin başlanmasından bəri enerji daşıyıcılarının qiymətlərinin artması səbəbindən amerikalılar benzin və dizel yanacağına ötən illə müqayisədə 45 milyard dollar daha çox xərcləyiblər. Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti  “Oil Price Information Service” (OPIS) analitik şirkətinin məlumatlarına və digər ekspertlərin hesablamalarına istinadən xəbər verir. Qəzet qeyd edir ki, enerji daşıyıcılarının bahalaşması xüsusilə aşağı və orta gəlirli amerikalılara ciddi təsir göstərir və cəmiyyətdə bərabərsizliyi artırır.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, enerji böhranı ABŞ üçün sərfəlidir, çünki ölkə enerji daşıyıcılarının ixracatçısıdır. “Məsələ ondadır ki, ABŞ dedikdə kim nəzərdə tutulur? Əgər müxtəlif gəlir qruplarına baxsaq, bundan ən çox qazananlar ən varlı təbəqədir. İnsanların əksəriyyəti isə demək olar ki, heç nə qazanmır, əvəzində daha böyük xərc yükü daşıyır”, — deyə Massaçusets Universitetinin Amherst kampusunun professoru İzabella Veber qeyd edib.

Veber öz araşdırmasında belə nəticəyə gəlib ki, 2022-ci il enerji böhranı zamanı neft-qaz şirkətlərinin əldə etdiyi əlavə mənfəətin təxminən 50%-i amerikalıların cəmi 1%-nin payına düşüb. WSJ yazır ki, hazırda bu cür şirkətlərin mənfəətinin artması bütövlükdə sahənin yüksəlişinə səbəb olmur: 2025-ci ildə ABŞ-də qazma qurğularının sayı 11% azalıb, neft-qaz sektorunda məşğulluq isə 1972-ci ildən bəri ən aşağı səviyyədədir.

Seçilən
15
banker.az

1Mənbələr