AZ

Putin macarlardan Orbanın qisasını alır Tayms

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsi ərzində Ukraynanın ən təhlükəsiz bölgəsi olaraq qalan Zakarpatiyaya kütləvi hücumu təkcə hərbi deyil, həm də siyasi hadisə idi. Bu, yəqin ki, qonşu Macarıstanda hakimiyyət dəyişikliyinin birbaşa nəticəsidir.

Axar.az xəbər verir ki, bu barədə "Tayms" məlumat yayıb.

Məlumata görə, cəbhədən uzaqda yerləşən və dağlarla əhatə olunan Zakarpatiya bölgədəki böyük macar icmasına görə illərdir Ukraynanın Macarıstanla münasibətlərində əngəl olub:

"Macarıstanın sabiq baş naziri Viktor Orban seçki kampaniyasında müharibə mövzusundan fəal şəkildə istifadə edərək, Zakarpatiyadakı macarları inandırmışdı ki, rəqibi Madyarın seçkilərdə qələbəsi sülh əvəzinə müharibə gətirəcək. Bununla belə, Madyar qalib gəldi və mayın 9-da rəsmi olaraq Macarıstanın baş naziri vəzifəsinə başladı. Və bu baş verən kimi rus ordusu Ujqorod və Zakarpatiyanın digər şəhərlərinə kütləvi hücuma keçdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
axar.az

1Mənbələr