AZ

Neft bahalaşdı - SON QİYMƏT

Yaxın Şərq münaqişəsinin həllində irəliləyişin olmaması səbəbindən qlobal bazarda neft qiymətləri artır.

"Cebheinfo.az" xəbər verir bu barədə "İnterfaks" məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:10-da Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.80 dollar (1.65%) artaraq bir barel üçün 111.6 dollara çatıb. Əvvəlki sessiyada "Brent" markalı neftin qiyməti 3.54 dollar (3.35%) artaraq bir barel üçün 109.26 dollar olmuşdu.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 2.11 dollar (2%) artaraq bir barel üçün 107.53 dollara çatıb. Əvvəlki sessiyada WTI markalı xam neft 4.25 dollar (4.2%) artaraq bir barel üçün 105.42 dollar olub.

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr