AZ

ABŞ də aviaşou zamanı toqquşan qırıcıların pilotlarının durumu AÇIQLANDI

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Mayın 17-də ABŞ-nin Aydaho ştatındakı Mauntin-Houm Hərbi Hava Qüvvələri bazası yaxınlığında toqquşan qırıcıların heyət üzvlərinin vəziyyətinin stabil olduğu bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə baza özünün feysbuk səhifəsində məlumat yayıb.

Hadisənin başvermə səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

Bundan əvvəl bazada təşkil olunan aviaşou zamanı havada "F/A-18F" qırıcı-bombardmançı təyyarələrinin modifikasiyası olan iki "EA-18G" təyyarəsinin toqquşduğu barədə açıqlama verilmişdi. Hər iki təyyarənin dörd ekipaj üzvü katapult edərək xilas ola bilib.

"Idaho Statesman" nəşrinin məlumatına görə, 2018-ci ildə keçirilən tədbirdə bir deltaplançının həlak olmasından sonra sözügedən aviaşou son səkkiz ildə ilk dəfə təşkil edilirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
redaktor.az

2Mənbələr