AZ

Şagirdlərimizdən beynəlxalq uğur: ABŞ-də 2 medal və 2 mükafat

Dünyanın ən nüfuzlu elm və mühəndislik müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edən şagirdlər yüksək nailiyyət əldə ediblər.

Azərbaycan Respublikasının Təhsil İnstitutundan AzEdu.az-a verilən məlumata görə, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli müsabiqədə bürünc medal qazanıblar.

Eyni zamanda, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Səlman Sadıxzadə xüsusi mükafata layiq görülüblər.

Qeyd edək ki, beynəlxalq müsabiqə 9-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Feniks şəhərində keçirilib.

Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

Seçilən
0
7
azedu.az

8Mənbələr