"Azərbaycan Dəmir Yolları" QSC sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Qaziler.az bu barədə "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.
Məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümükündür.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.