AZ

Ermənistan referenduma gedir? Qriqoryan açıqladı

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Bu gün Ermənistan eyni vaxta həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına üzv ola bilməyəcəyini dərk edir və belə bir zərurət yarandığı halda müvafiq qərar Ermənistan vətəndaşları tərəfindən qəbul ediləcək”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan “TASS” informasiya agentliyinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, gələcəkdə belə bir seçim zərurəti yarana bilər:

“Lakin hazırda belə bir məsələ gündəmdə deyil. Biz açıq şəkildə başa düşürük ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının, həm də Avropa İttifaqının üzvü ola bilməz. Aydındır ki, gələcəkdə müvafiq qərarın qəbul edilməsi zərurəti yarana bilər və bu qərar, şübhəsiz ki, Ermənistan vətəndaşları tərəfindən qəbul ediləcək”, - deyə Qriqoryan bildirib. 

Baş nazirin müavini qeyd edib ki, Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvüdür, ittifaq çərçivəsində konstruktiv əməkdaşlıq edir, bütün müzakirələrdə və qərar qəbuletmə proseslərində tam iştirak edir.

Xatırladaq ki, mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqı və ya Avropa İttifaqı arasında seçim edərək öz mövqeyini mümkün qədər tez aydınlaşdırmalı olduğunu bəyan edib.

O, bu halda sivil yolla ayrılığın mümkün olacağını deyib. 2025-ci il martın 26-da Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlamasına dair qanun qəbul edib.

Lakin Baş nazir Nikol Paşinyan bunun avtomatik üzvlüün başlanğıcı mənasını daşımadığını, çünki məsələnin referendum yolu ilə həll edilməli olduğunu vurğulayıb. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr