AZ

“Bunu bacaracaq gücümüz var” Toral Bayramov

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 8-də Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millinin futbolçusu Toral Bayramov iştirak edib.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu görüşlə bağlı bunları deyib:

“Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir. Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
futbolpress.az

1Mənbələr