AZ

Rabitə və nəqliyyat obyektlərində YANĞINLAR: 37 nəfər SAXLANILDI

Mart ayında telefon fırıldaqçılarının təsiri ilə yanğınlar törədən 37 Rusiya vətəndaşını saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Rusiya təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində ötən mart ayında 37 Rusiya vətəndaşı saxlanılıb.

Saxlanılan şəxslər rabitə, yanacaq-energetika kompleksi və nəqliyyat obyektlərində yanğınlar törətməkdə ittiham olunurlar.

İstintaqın ilkin məlumatlarına görə, sözügedən şəxslər telefon fırıldaqçılarının təsirinə düşərək bu təxribat xarakterli cinayətləri həyata keçiriblər.

Hazırda saxlanılan şəxslərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hüquq-mühafizə orqanları əhalini şübhəli zənglərə və təxribat xarakterli çağırışlara qarşı daha diqqətli olmağa çağırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
31
interpress.az

1Mənbələr