AZ

Ərdoğan: NATO-nun gələcəyi Ankarada formalaşacaq

“7-8 iyul tarixlərində Ankarada ev sahibliyi edəcəyimiz NATO Liderlər Zirvəsi alyansın tarixində mühüm əhəmiyyət kəsb edir. Bölgəmizdə və dünyada baş verən son hadisələr Ankara zirvəsinin əhəmiyyətini daha da artırıb. Alyansın gələcəyi və qlobal təhlükəsizlik arxitekturasının gələcək forması ilə bağlı Ankarada mühüm qərarların qəbul ediləcəyini gözləyirik”.

Ölkə.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident Ərdoğan qeyd edib ki, bugünkü dünya NATO-nun qurulduğu köhnə dünyanın davamı deyil: “Yeni bir dünya qurulub və NATO-nun bu yeni dünyada mövqeyi çox fərqlidir. Təhdidlər daha mürəkkəbləşib, risklər şaxələnib, qlobal sistem aşınıb; bir sözlə, dünya kəskin şəkildə dəyişib. Ədalətli yük bölgüsü, səmimi əməkdaşlıq və NATO daxilində təhlükəsizliklə bağlı ortaq bir anlayış alyansın gələcəyi üçün çox vacibdir. Türkiyə olaraq, təhdidlərə qarşı daha qətiyyətli və daha yaxşı hazırlanmış bir NATO üçün öz töhfəmizi verməyə hazırıq”.
 
Mürtəza

Seçilən
0
2
olke.az

3Mənbələr