Rusiyanın məşhur “Orexovskaya” mütəşəkkil cinayətkar qruplaşmasının daimi killeri olmuş Oleq Pronin azadlığa çıxdıqdan sonra kurort şəhərlərin birində iş tapıb.
Publika.az xəbər verir ki, kriminal aləmdə “Al Kapone” ləqəbi ilə tanınan 58 yaşlı Pronin 24 illik həbs cəzasını başa vurduqdan sonra VIP taksi sürücüsü kimi çalışmağa başlayıb.
Məlumata görə, onun gecə saatlarında işləməsinə icazə verilmir. Məhkəmə qərarına əsasən, Oleq Proninin axşam saat 22:00-dan səhər 06:00-a qədər evdən çıxmasına qadağa qoyulub.
Bildirilir ki, killer həyat yoldaşı ilə birlikdə Krıma köçmək üçün Kemerovodakı üçotaqlı mənzilini satıb.
Qeyd edək ki, Oleq Pronin 22 nəfəri qətlə yetirib.