AZ

Yoxa çıxan şəhərdə tapıldı: Peşəsi hər kəsi təəccübləndirdi

Peruda qədim bir şəhərdə aparılan arxeoloji qazıntılar zamanı 5 min illik qadın skeleti aşkarlanıb.

Ekologiya.az xəbər verir ki, alimləri ən çox təəccübləndirən məqam isə həmin qadının cəmiyyətdə yüksək mövqeyə malik olması olub.

Araşdırmalar nəticəsində skeletin “Caral” adlı qədim şəhərdə tapıldığı bildirilib. Bu yaşayış məskəni Amerika qitəsinin ən qədim sivilizasiyalarından biri hesab olunur və təxminən Misir piramidaları ilə eyni dövrdə mövcud olub.

Mütəxəssislər qadının yüksək statuslu dini lider və ya mühüm idarəçi olduğunu ehtimal edirlər. Onunla birlikdə tapılan qiymətli parçalar, bəzək əşyaları və xüsusi əşyalar həmin dövrdə nüfuz sahibi olduğunu göstərir.

Arxeoloqlar bildiriblər ki, bu tapıntı qədim dövrlərdə qadınların cəmiyyətdə düşündüyümüzdən daha güclü rol oynadığını sübut edə bilər. Skeletin qorunma vəziyyətinin olduqca yaxşı olduğu və yeni araşdırmalar üçün mühüm məlumatlar verəcəyi qeyd olunub.

Musavat.com

Seçilən
1
1
ekologiya.az

2Mənbələr