Amerikada yaşayan azərbaycanlı müğənni Ququş (Faiqə Atəşi) 2026-cı il Ellis Adası Şərəf Medalı ilə təltif edilib.
News365.az xəbər verir ki, bu barədə sənətçi özünün sosial media hesabında paylaşım edib.
"Dünən gecə mədəni kimliyini qoruyub saxlayaraq Amerika cəmiyyətinə təsir edən şəxslərə verilən Ellis Adası Şərəf Medalını almaq şərəfinə nail oldum. Bu mükafatı İran xalqına, illərdir əzab, səbir, ümid və qürurla yaşayan və bütün çətinliklərə baxmayaraq, ayaqda durmağa davam edən insanlara sevgi və hörmətlə təqdim edirəm”, - Ququş bildirib.
Qeyd edək ki, Ellis Adası Şərəf Medalı 1986-cı ildən bəri incəsənət, mədəniyyət, siyasət, elm, biznes və sosial sahələrdə fəaliyyət göstərən şəxslərə verilən ən tanınmış Amerika vətəndaş mükafatlarından biridir.
İllər ərzində bu mükafata layiq görülən tanınmış şəxslər arasında Ronald Reyqan, Riçard Nikson, Roza Parks, Frank Sinatra, Qloriya Estefan, Malala Yusifzai və Donald Tramp da var.