Son illərdə dünyada geosiyasi qarşıdurmaların artması qlobal iqtisadiyyata ciddi təsir göstərir. İran-İsrail-ABŞ qarşıdurması və xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik dünya enerji bazarını təhlükə altına salır. Dünya neftinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında mümkün blokada ehtimalı ərzaq və enerji qiymətlərinin artmasına səbəb olur. Müharibələr, iqtisadi sanksiyalar və siyasi qarşıdurmalar fonunda Azərbaycan sabitlik adasına çevrilmişdir. Ölkəmizdə ictimai-siyasi sabitlik qorunur, iqtisadi layihələr davam etdirilir, sosial rifah proqramları həyata keçirilir.
Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycan həm regional lider, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Bu gün Azərbaycan xalqı təhlükəsizlik, sabitlik və inkişaf şəraitində yaşayırsa, bu, dövlətimizin güclü siyasi iradəsinin və milli həmrəyliyimizin nəticəsidir. Nəticə etibarilə, 44 günlük Vətən müharibəsi təkcə hərbi qələbə deyil, həm də beynəlxalq münasibətlər sistemində yeni reallığın formalaşması idi. Azərbaycan öz haqqını özü təmin etdi, beynəlxalq hüququn işləmədiyi şəraitdə ədaləti bərpa etdi və regionda yeni geosiyasi düzən qurdu. Bu reallığı qəbul etməyən qüvvələr isə zaman keçdikcə tarixin kənarında qalmağa məhkumdurlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31