AZ

“İnsana yaraşan xasiyyət deyil” – Tahir İmanovun qarğışlarına cavab verdi - VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tahir İmanov Heydər Əliyev Sarayında mərhum Əməkdar artist Cabir İmanova həsr olunmuş “Xalqın artisti” adlı konsert proqramından video paylaşan jurnalistlərə halallıq vermədiyini bildirib və onların ünvanına qarğışlar səsləndirib.


Bakupost.az xəbər verir ki, televiziya aparıcısı İsa Şükürov bununla bağlı cavab videosu yayımlayıb.

Aparıcı bildirib ki, Tahir İmanovun çıxışında adı çəkilən saytlar arasında rəhbəri olduğu “shownews.az”ın da qeyd olunması səbəbindən cavab vermək məcburiyyətində qalıb:

“Bu şəxs dəqiqləşdirmədən “shownews” deyir və bu ad çəkiləndə mən yada düşürəm. Həmin konsertlə bağlı heç bir xəbər paylaşmamışam. Hətta bu tədbirin keçirildiyini indi öyrənmişəm. Amma haqqıma girir və mənə halallıq vermir. Sosial şəbəkələrdə hər kəs bu videonu mənə göndərərək, haqqımda qarğış edildiyini deyir.
Cabir bəy, mən nə sizə, nə də yaxınlarınıza qarşı sizin tərzinizdə qarğış etməyəcəyəm. Əzizlərinizin, doğmalarınızın başına bir hadisə gəlməsini istəmirəm. “Birinin ailəsində bir hadisə baş versə, məndən bilin” – bu, insana yaraşan xasiyyət deyil. Belə qarğışların da iki başı olur. Yaşayıb görək, kimin başına nə gələcək”.

Seçilən
0
2
yenilik.az

3Mənbələr