AZ

“WUF13-ün də COP29 kimi uğurlu olmasını gözləyirik” - İlham Əliyev 

“WUF13-ün də COP29 kimi uğurlu olmasını gözləyirik”. 


Manset.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Bakıda 2-ci günü baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının rəsmi açılış mərasimində deyib. 

Prezident İlham Əliyev WUF13 çərçivəsində keçirilən açılış mərasimində çıxış edərək forum iştirakçılarını salamlayıb və tədbirə uğurlar arzulayıb. Dövlət başçısı Bakıda keçirilən bu toplantının Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin davamı olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, WUF13 Azərbaycanda COP29-dan sonra keçirilən ikinci böyük beynəlxalq tədbirdir. Onun sözlərinə görə, COP29-un uğurlu nəticələri kimi, bu forumun yekunlarının da eyni səviyyədə səmərəli olacağına ümid edilir.

“Bu, il yarım əvvəl baş tutmuş COP29-dan sonra Azərbaycanda indiyədək keçirilmiş ikinci böyük beynəlxalq tədbirdir. Ümid edirəm ki, WUF13-ün nəticələri də COP29-un nəticələri qədər uğurlu olacaq”, - deyə Prezident İlham Əliyev bildirib.


Fidan Vəlisoy

Seçilən
23
3
manset.az

6Mənbələr