AZ

Portuqaliyalı memar: Dayanıqlı şəhərlər müasir dövrün ən mühüm çağırışlarından biridir

Bakı, 18 may, AZƏRTAC

Müasir dövrdə dayanıqlı şəhərlərin qurulması qarşıda duran ən mühüm qlobal çağırışlardan birini təşkil edir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Portuqaliyadan olan memar və şəhərsalma üzrə mütəxəssis Xorxe Manuel Bonito Santos deyib.

Memar kimi şəhər dizaynı və urban inkişaf sahəsində uzun illərdir fəaliyyət göstərdiyini deyən Xorxe Manuel Bonito Santos Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) qlobal çağırışlara həll yolları tapmaq üçün mühüm platforma rolunu oynadığını deyib.

“Hazırda mənzil böhranı Portuqaliyada, eləcə də bütün Avropada ciddi narahatlıq doğurur. Biz hər kəs üçün əlçatan mənzil təmin etməyə çalışırıq. Eyni zamanda, bu mənzillərin keyfiyyətli və dayanıqlı olması da vacibdir, çünki bu, gələcəyimiz üçün olduqca əhəmiyyətlidir. Məhz bu baxımdan WUF13 bizə müzakirələr və həll yollarının axtarılması üçün əhəmiyyətli imkanlar yaradır”, – deyə o vurğulayıb.

Seçilən
4
3
azertag.az

4Mənbələr