AZ

"Qarabağ"dan hücumçu alan baş məşqçini istefaya göndərdilər

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolambus Kru” (ABŞ) baş məşqçisi Henrik Ridströmu istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanı müvəqqəti olaraq Loran Kurtuanın çalışdıracağı bildirilib.

“Kolambus Kru” Şərq Konfransında 13 xalla 15 komanda arasında 13-cü pillədə qərarlaşıb. Henrik Ridström ötən ilin yayından komandanın sükanı arxasında idi.

Nəriman Axundzadə isə bu ilin fevral ayında "Qarabağ"dan “Kolambus Kru”ya keçib. Bu trasnfer məhz onun istəyi ilə gerçəkləşib.

ABŞ təmsilçisi 2029-cu ilin yayınadək müqavilə bağladığı Nərimana görə qarşı tərəfə 1,5 milyon avro civarında təzminat ödəyib.

Seçilən
16
sportinfo.az

1Mənbələr