AZ

"Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz” supermarketlər şəbəkəsi və "NielsenIQ” beynəlxalq şirkəti Azərbaycanda tədarükçülərlə əməkdaşlığın məlumat əsaslı texnologiyalar və biznes analitikası vasitəsilə inkişaf etdirilməsinə yönəlmiş strateji tərəfdaşlığa start verib.

Bununla da "Araz” supermarketlər şəbəkəsi "NielsenIQ” tərəfindən dəstəklənən BES Tədarükçü Əməkdaşlıq Platformasını tətbiq edən Azərbaycanda ilk pərakəndə satış şəbəkəsi olub.

Əməkdaşlıq çərçivəsində "Araz” supermarketlər şəbəkəsi rəsmi olaraq "NielsenIQ BES Tədarükçü Əməkdaşlıq Platforması”nı istifadəyə verib. Platforma tədarükçü və brendlərə satış, stok göstəriciləri, çeşid performansı, kampaniya nəticələri, loyallıq dinamikası, alıcı davranışları və məhsul çatışmazlığı riskləri üzrə gündəlik yenilənən analitik məlumatlara çıxış imkanı yaradır.

Platforma istehsalçılara kommersiya, marketinq və kateqoriya idarəçiliyi üzrə daha sürətli və əsaslandırılmış qərarlar qəbul etmək imkanı yaradır. Həmçinin, gündəlik tranzaksiya analitikası, süni intellekt əsaslı biznes göstəriciləri və birgə qərarvermə imkanları ilə fərqlənir.

Seçilən
1
10
publika.az

10Mənbələr