AZ

Nqa Kor Minq: Mən fəaliyyətimizin mahiyyətini ifadə edən bir Azərbaycan atalar sözündən ilham alıram

Bakı, 18 may, AZƏRTAC

Ev sahibi Azərbaycan bir evə sahib olmağın əsl dəyərini və əhəmiyyətini çox yaxşı anlayır. “Evdə olmaq” hissi xüsusilə dünyanın qeyri-sabit olduğu, institutların sarsıldığı və texnologiyanın cəmiyyətləri sürətlə dəyişdirdiyi dövrlərdə daha da vacib olur. Belə məqamlarda bir həqiqəti unutmamalıyıq: gələcək onu yalnız tənqid edənlərə deyil, onu quranlara məxsusdur. Bizim missiyamız isə hər kəs üçün şəhərlərin gələcəyini quran insanlar olmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində deyib.

“Mən fəaliyyətimizin mahiyyətini ifadə edən bir Azərbaycan atalar sözündən ilham alıram: “Dama-dama göl olar”. Gəlin, bu müdrikliyi ortaq məqsədimizin metaforasına çevirək. Bakı Sessiyası çərçivəsində müzakirə etdiyiniz hər bir siyasət, qurduğunuz hər bir tərəfdaşlıq və götürdüyünüz hər bir öhdəlik gələcəyə ümid daşıyan bir damladır. Bu damlalar birləşdikdə isə bizi daha güclü və dayanıqlı gələcəyə aparacaq böyük bir fəaliyyət “çayı”na çevrilir. Elə bir gələcək quraq ki, heç kim və heç bir məkan diqqətdən kənarda qalmasın”, - deyə UN-Habitat Assambleyasının prezidenti vurğulayıb.

Seçilən
1
3
azertag.az

4Mənbələr