AZ

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat

Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Ramil Əmənov 2003-cü ildə Gəncə Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavriat, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetində “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistratura təhsili alıb.

Əmək fəaliyyətinə ümumtəhsil müəssisələrində pedoqoq kimi başlayıb. Daha sonra müxtəlif dövlət orqanlarında, həmçinin Cəlilabad Rayon İcra Hakimiyyətində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində dövlət qulluqçusu kimi çalışıb. pizza

2025-ci ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

2026-cı ilin yanvar ayından etibarən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinin icrası ona həvalə edilib.


Telegram kanalımız
Seçilən
37
9
yenisabah.az

3Mənbələr