AZ

Məşhur milyarderin transgender övladı ilə bağlı paylaşımı gündəm oldu

Amerikalı milyarder, İlon Mask sosial şəbəkə platforması X-də etdiyi paylaşım ilə yenidən mübahisələrin mərkəzinə düşüb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Mask paylaşımında “"Woke mind" virusu oğlumu öldürdü” ifadəsini işlədib.

Milyarderin paylaşımı qısa müddətdə milyonlarla baxış tplayaraq sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi Maskın fikirlərini açıq şəkildə ifadə etdiyini müdafiə etsə də, digərləri onun istifadə etdiyi dili təxribatçı və bölücü hesab edib.

Paylaşımın, Maskın transgender kimliyi ilə tanınan qızı Vivian Jenna Wilson ilə uzun müddətdir davam edən gərgin münasibətlərinə işarə etdiyi qeyd olunur. Vivian Jenna Wilson əvvəllər Xavier Mask adı ilə tanınırdı.

Qeyd edək ki, ilon Mask son illərdə "Woke mind" virusu ifadəsini tez-tez istifadə edir. O, bu terminlə mütərəqqi ideologiyaları, gender siyasətini və sosial qütbləşməni tənqid etdiyini bildirir.

Maskın son paylaşımı gender, ifadə azadlığı və ideoloji qarşıdurma mövzularında müzakirələri yenidən alovlandırıb. X platformasında mövzu qısa müddətdə trend siyahısının zirvəsinə yüksəlib.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr