AZ

Anar Quliyev: Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdıracaq

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində xüsusi liderlər sessiyası təşkil olunub.

Herbiand.az xəbər verir ki, bunu WUF13-ün açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

“Bu gün keçirilən liderlər sessiyası şəhərlərin gələcəyi ilə bağlı ortaq baxışın formalaşdırılması üçün unikal imkan yaradır”, – deyə Anar Quliyev qeyd edib.

Onun sözlərinə görə, bu ilki forum tarixi bir mərhələdir: "Ümumdünya Şəhərsalma Forumu çərçivəsində ilk dəfə olaraq Azərbaycan Respublikasının təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiya keçirilir".

Anar Quliyev bildirib ki, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də mühüm məsuliyyətdir.

O qeyd edib ki, forum qlobal şəhər siyasətinin təşviqi, tərəfdaşlıqların gücləndirilməsi, Yeni Şəhər Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının dəstəklənməsi üçün əsas beynəlxalq platformadır.

Seçilən
0
5
herbiand.az

6Mənbələr