AZ

Ağdamın Xıdırlı kəndində Ailə sağlamlıq mərkəzinin tikinti işlərinə 1.1 milyon xərclənəcək – İş cərimələnən şirkətə verilib

“Ağdam rayonun Xıdırlı kəndində Ailə sağlamlıq mərkəzinin (həkim tibb məntəqəsi, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayış üçün qonaq evi) tikinti işlərinə 1 120 613 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, işi “Via Construction” MMC həyata keçirəcək.

 

Leysan Məmmədovun rəhbərlik etdiyi “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və şirkət arasında müqavilə bağlanıb.

 

Qeyd: Bir müddət əvvəl, “VİA Construction” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məhkəməyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Müfəttişliyi Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən protokol tərtib edilib. “Yurd.media”nın yaydığı məlumata görə, “VİA Construction” MMC-nin sabiq işçiləri – orada fəhlə işləmiş 1967-ci il təvəllüdlü Zeynalov Nizami İbrahim oğlu və 1966-cı il təvəllüdlü digər bir şəxs işlədikləri dövrdə Xocavənd rayonu ərazisində binanın dam hissəsində iş görərkən baş vermiş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmayıblar. Bununla bağlı şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə ittiham elan edilib. Ağdam Rayon Məhkəməsinin qərarı ilə “VİA Construction” MMC 5 min manat cərimə edililib.

 

Cabir

Tarix: 18 May 2026, 15:02   
Seçilən
10
pravda.az

1Mənbələr