AZ

Qusar rayonunda “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində  Qusar rayonunda tədbir təşkil olunub. Qusar şəhər 2 nömrəli tam orta  ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə Qusar şəhərindən və kəndlərindən olan 48 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

"Cebheinfo.az" xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Azərbaycanımızın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.

Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində Şabran rayonunda, eləcə də Quba rayonunun 3 kənd zonasında seçim turları keçiriləcəkdir.

"Cebheinfo.az"

Seçilən
2
7
cebheinfo.az

8Mənbələr