AZ

Prezidentdən TARİXİ MESAJ: “Torpağın əsl sahibləri məhz belə davranırlar” – VİDEO

“Torpağın əsl sahibləri məhz belə davranırlar, qurur, yaradır və dirçəldirlər”.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Torpağın əsl sahibləri məhz belə davranırlar. Onlar dağıtmaq, məhv etmək və insanlara əzab gətirmək üçün gələnlərdən fərqli olaraq qurur, yaradır və dirçəldirlər.
 

Bu gün artıq 85 mindən çox azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alırlar və onların məşğulluğunun təmin edilməsi də hökumətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də onlar üçün mənzillər, fərdi evlər, məktəblər və xəstəxanalar tikməzdən əvvəl, əlbəttə, ilk növbədə ərazilərin minalardan təmizlənməsi həyata keçirilməlidir.


Eyni zamanda insanların məşğulluğu məsələsi də diqqət mərkəzində saxlanılır. Həmin bölgələrdə artıq yaradılmış və gələcəkdə yaradılacaq çoxsaylı sənaye zonaları öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilmiş yüz minlərlə insanın sürətli qayıdışını dəstəkləyəcək”, – dövlət başçısı qeyd edib.


Bizim.Media

Seçilən
0
13
bizim.media

10Mənbələr