AZ

Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı

Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan iş adamı Sahib İbrahimov “kars”a salınıb.

Publika.az xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb. Bildirilib ki, S.İbrahimov müəssisədə nizam-intizam qaydalarını pozması səbəbindən cəzalandırılıb.

Həmçinin qeyd edilib ki, bir neçə gün əvvəl Sahib İbrahimov həmin cəzaçəkmə müəssisəsində saxlanılan sabiq deputat, iş adamı Nazim Bəydəmirliyə qarşı da aqressiv hərəkətlər edib.

Hazırda tibb məntəqəsində qalan Sahib İbrahimovun cərimə təcridxanasından sonra digər cəzaçəkmə müəssisəsinə göndəriləcəyi iddia olunub.

Seçilən
5
6
publika.az

9Mənbələr