AZ

Faiza Farha: İnsanlar orqanik tullantını təkrar emal edərək ətraf mühitə böyük töhfə verə bilərlər

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 may, AZƏRTAC

Bizim şirkətimiz tullantıların emalı sahəsində fəaliyyət göstərir. Bildiyiniz kimi, Banqladeşdə tullantıların sayı yüksəkdir. Əhalidən tullantıları alaraq qarşılığında vəsait ödəyirik və bu tullantılardan müxtəlif məhsullar hazırlayırıq. Biz bu modeli WUF13-də təqdim etməyə hədəfləyirik.

Bu barədə AZƏRTAC-a açıqlamasında Bangladeşin “World Linkup” şirkətinin tədqiqat və inkişaf üzrə meneceri Faiza Farha deyib.

O qeyd edib ki, əgər hansısa xarici ölkə, o cümlədən Azərbaycan bu modeli tətbiq etmək istəsə, onlarla tərəfdaşlıq etməyə hazırıq.

“İnsanlar orqanik tullantını plastik və digər tullantıdan ayırıb onu təkrar emal edərək urbanizasiyaya və ətraf mühitə böyük töhfə verə bilər, gəlir qazana bilərlər. Biz, həmçinin tədbir çərçivəsində tullantıların emalı haqqında qısametrajlı sənədli film təqdim edəcəyik”, - deyə Faiza Farha əlavə edib.

Müxbir - Samirə Quliyeva

Fotoqraf - Əyyub Ələsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
azertag.az

2Mənbələr