Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya həbs oluna bilər.
Publika.az xəbər verir ki, bunu “Qazeta.Ru”ya açıqlamasında Ukrayna Ali Radasının keçmiş deputatı Vladimir Oleynik deyib.
Onun sözlərinə görə, Yelena Zelenskaya4 milyon dollar vəsaitin mənbəyini izah edə bilməsə, hüquqi problemlərlə üzləşə və hətta məsuliyyətə cəlb oluna bilər.
Oleynik bildirib ki, sözügedən vəsait Zelenskinin yaxın çevrəsindən Timur Mindiç tərəfindən “cib xərcləri” kimi verildiyi iddia olunur. O həmçinin iddia edib ki, həmin pulların bir hissəsi Misirdə ev alınması üçün istifadə edilib.