AZ

"Həmin an övladımı düşündüm, qorxdum" - Talıb Tale

Müğənni Talıb Tale "Efirdən kənar" verilişində qonaq olub.

İfaçı bir müddət əvvəl Moskvadan Bakıya uçan sərnişin təyyarəsində qəza enişi zamanı keçirdiyi qorxudan danışıb:

"Orada olanda çəkiliş etmək istədim. Sonra telefona baxdım, özümü qəribə hiss etdim, pis oldum. Çəkmək istəmədim. Övladımı fikirləşdim. Çətin məqam idi. Partlayış səsinə oyandıq. Nəsə quş sürüsü oldu dedilər. Amma sanki maşınlar toqquşur, elə bir səs idi. Hamı tələşla bir-birinə baxdı. Təyyarənin əsəsi dəyişdi. O qədər yorğun idim ki, yatdım. Sonra elan olundu ki, geri qayıdırıq. Bax, onda mənə qorxu hissi gəldi".

Qeyd edək ki, bir müddət əvvəl içində müğənnilər Almaxanım Əhmədli və Talıb Talenin də olduğu Moskvadan Bakıya uçan "Aeroflot" aviaşirkətinə məxsus sərnişin təyyarəsi havada quşlarla toqquşduqdan sonra Şeremetyevo hava limanına geri qayıtmışdı. (Axşam.az)

Seçilən
1
7
musavat.com

8Mənbələr