AZ

Qrenlandiya XİN başçısı ABŞ-ın xüsusi elçisi ilə görüşəcək ÖZƏL

Qrenlandiyanın xarici işlər naziri Mute Egede mayın 18-də ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi, Luiziana ştatının qubernatoru Jeff Landry ilə görüşəcəyini açıqlayıb. Olaylar.az xəbər verir ki, nazirin sözlərinə görə, görüşün əsas məqsədi Qrenlandiyada qərarların yalnız ada sakinləri tərəfindən qəbul edildiyini ABŞ tərəfinə çatdırmaqdır.
"Mən burada açıq şəkildə vurğulamaq istəyirəm ki, Qrenlandiyanın gələcəyini yalnız biz- Qrenlandiyada yaşayanlar müəyyən edirik",- deyə Egede bildirib.
O əlavə edib ki, diplomatik prosesin və yaradılmış işçi qrupunun qarşılıqlı hörmət, beynəlxalq hüquq və Qrenlandiyanın maraqları çərçivəsində fəaliyyətini davam etdirməsi vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr