Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Sərgən Yalçınla yollarını ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “TRT Spor” məlumat yayıb.
İstanbul təmsilçisinin 53 yaşlı mütəxəssislə vidalaşdığı bildirilib.
Xatırladaq ki, 2020/2021 mövsümündə də “Beşiktaş”da işləyən S.Yalçın 2025-ci ilin avqustunda komandaya qayıtmışdı.