Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli canlı efirdə etdiyi etiraflarla kövrək anlar yaşayıb.
Publika.az xəbər verir ki, sənətçi illər əvvəl yaşadığı bir hadisəni danışarkən göz yaşlarını saxlaya bilməyib. Səfərli bildirib ki, 2003-cü illərdə ən böyük arzularından biri müəllifi olduğu mahnını Xalq artisti Könül Xasıyevanın ifa etməsi olub.
Şairənin sözlərinə görə, o dövrdə heç kim onu tanımırdı və sənət aləminə yeni qədəm qoymuşdu. O, dəfələrlə Könül Xasıyeva ilə əlaqə saxlayaraq mahnını oxumasını xahiş etdiyini deyib.
Daha sonra mahnının səsləndirilməsi üçün 350 m məbləğ tələb olunduğunu öyrənən Nazilə Səfərli həmin vaxt bu pulu ödəməyə imkanının çatmadığını bildirib. O qeyd edib ki, həmin məbləğ o illərdə onun üçün çox böyük idi.
İllər sonra isə Könül Xasıyeva özü ona zəng edərək konsertində aparıcı olmağı təklif edib. Nazilə Səfərli həmin anları həyatının ən xoş günlərindən biri kimi xatırladığını deyib: