AZ

Qazax kümçülərinə 50 qutu ipəkqurdu toxumu paylanıb

Bu il artıq 11-ci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Təkcə keçən il rayonun kümçüləri tərəfindən 1455,8 kiloqram barama təhvil verilmişdir.

Cari ildə isə kümçülər tərəfindən 2000 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulur. Artıq İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Dəmirçilər, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Cəfərli kəndlərində kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanmışdır. 

Sabir ƏLİYEV,

 “Azərbaycan”

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr