AZ

Deryageldi Orazov: Yeni müasir şəhərin yaradılması təşəbbüsü Türkmənistan rəhbərinə məxsusdur

Türkmənistanın Arkadağ şəhərinin yaradılması ideyası Türkmən xalqının Milli Lideri tərəfindən irəli sürülüb.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin tikintisi üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov bildirib.

“Yeni müasir şəhərin yaradılması təşəbbüsü Türkmən xalqının Milli Liderinə məxsusdur”, – deyə Deryageldi Orazov qeyd edib.

Onun sözlərinə görə, şəhərin baş planı ərazinin təbii xüsusiyyətləri, iqlim şəraiti, külək istiqamətləri, seysmik vəziyyət və mühəndis infrastrukturu nəzərə alınmaqla hazırlanıb.

O bildirib ki, Arkadağ şəhərində təhlükəsiz, yaşıl və ağıllı şəhər konsepsiyaları tətbiq olunur. Şəhərdə videomüşahidə sistemləri, vahid “123” təcili xidmət sistemi, eləcə də görmə və eşitmə məhdudiyyətli şəxslər üçün inklüziv həllər yaradılıb.

Seçilən
18
apa.az

1Mənbələr