AZ

Murat Kurum: COP31 in əsas mövzularından biri dayanıqlı və davamlı şəhərlərin inkişafı olacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

COP31-də 196 ölkədən 100 mindən çox qonağın iştirakı gözlənilir.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

O qeyd edib ki, COP31-in əsas mövzularından biri dayanıqlı və davamlı şəhərlərin inkişafı olacaq. “Bu sahədə Azərbaycanın təcrübəsindən yararlanacaq, Bakıda qəbul edilən qərarların COP31 çərçivəsində də tətbiq olunmasına çalışacağıq. Ölkələrimiz adından COP31 çərçivəsində bu mövzuları daha geniş şəkildə müzakirə edəcəyik”,- deyə nazir əlavə edib.

Müxbir - Fidan Əlizadə

Foto - Elşad Mirzə

Videoperator - Ceyhun Mustafayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
3
azertag.az

4Mənbələr