AZ

Napoli Hoylunda görə milyonlar ödəyəcək MƏBLƏĞ

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, bu mövsüm icarə əsasında "Napoli"nin formasını geyinən hücumçu Rasmus Hoylund İtaliyada qalacaq.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "The Athletic" yayıb.

A seriyasının 37-ci turunda "Piza"nı darmadağın edən Neapol təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanıb və "Mançester Yunayted"ə məxsus olan futbolçunun icarə müqaviləsindəgi satınalma bəndi avtomatik olaraq aktivləşib.  Mənbə bu keçidin "Napoli"yə 44 milyon avroya başa gələcəyini vurğulayıb.

Cari mövsüm bütün turnirlərdə 48 matça çıxan Rasmus 15 qol və 8 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
fanat.az

2Mənbələr