AZ

Qaçaq eks-prezidentin restoran gəmisi də batdı...+VİDEO

Keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçə məxsus Mejqoryedə su basmış "Qalleon" gəmisinin çöküş səhnəsinin görüntüləri internetdə yayılıb. 
 
Moderator.az  "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, "Qlavkom" qəzetinin sosial mediaya əsaslanaraq yaydığı məlumata görə, üzən restoran gəmisi qismən suya batıb, giriş qapıları isə, demək olar ki, su altında qalıb.
 
"Milli əhəmiyyətli landşaft sənəti abidəsi Parkı" Mejqorye Dövlət müəssisəsi vəziyyətlə bağlı rəsmi açıqlama hazırladıqlarını təsdiqləyib. Mətbuat xidməti daşqının səbəblərinin tezliklə parkın rəsmi "Facebook" səhifəsində izah ediləcəyini bildirib.
 
"Qalleon"- üzən qəbullar evi Yanukoviçin lüksünün simvollarından biri idi. Təxminən 50 metr uzunluğunda olan gəmidə səhnəsi olan ziyafət zalı, keçmiş prezidentin ofisi və qonaq otağı var idi. Dekorasiyasında mərmər, büllur, qızılı boya və bahalı ağaclardan istifadə olunub.
 
Yanukoviç 2014-cü ildə qaçdıqdan sonra Mejqorye turlar üçün açılıb və iqamətgah Ukraynada korrupsiyalaşmış lüksün ən məşhur simvollarından birinə çevrilib.
 
Kristal çilçıraqlar, oyma taxta divarlar, xüsusi ibadətgaha bənzər bəzədilmiş zallar və otaqları əks etdirən iqamətgahın interyerlərinin videoları əvvəllər internetdə yayılıb.

S.Laçın

S.Laçın
Seçilən
15
1
moderator.az

2Mənbələr