AZ

Oljas Bektenov: Qazaxıstanda rahat yaşayış və iş şəraitinin yaradılması dövlət siyasətinin ana xəttini təşkil edir

Bakı, 18 may, AZƏRTAC

Prezident İlham Əliyevə və BMT-nin Məskunlaşma Proqramının rəhbərliyinə bu möhtəşəm Ümumdünya Şəhərsalma Forumunu mükəmməl səviyyədə təşkil etdiklərinə görə təşəkkürümü ifadə edirəm. Özündə tarixi mirası və müasir memarlığı ehtiva edən Bakı şəhərində bu tədbirin keçirilməsi heç də təsadüfi deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13-ün Liderlərin Sammitində Qazaxıstanın Baş naziri Oljas Bektenov deyib.

"Qazaxıstan əhalisinin 63 faizindən çoxu şəhər yerlərində yaşayır. Ona görə də Qazaxıstan üçün rahat, uyğun yaşayış və iş şəraitinin yaradılması dövlət siyasətinin ana xəttini təşkil edir. Buna görə biz insanyönümlü yanaşmadan istifadə edirik ki, bunun da əsas istiqaməti təhlükəsizlik, əlçatanlıq və digər tərəfdən ətraf mühit baxımından inklüzivlikdir", - deyə o əlavə edib.

Seçilən
46
1
azertag.az

2Mənbələr