2026-cı ilin ilk 4 ayı ərzində (yanvar-aprel) Azərbaycana 37 milyon 297 min dollar dəyərində 15 531 ton ət idxal edilib.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
2025-ci ilin ilk 4 ayı ərzində Azərbaycana 34 milyon 14 min dollar dəyərində 16 662 ton ət idxal olunmuşdu.
Beləliklə, Azərbaycan xaricdən ət alışını bu il 3 milyon 283 min dollar və ya 10% artırıb.