AZ

Türkiyəli nazirdən Azərbaycanla bağlı önəmli açıqlama

Bu gün dost və qardaş Azərbaycanda çox gözəl tədbir üçün toplaşmışıq. Türkiyə və Azərbaycan prezidentlərinin ortaya qoyduğu qardaşlıq nümunəsi timsalında iki xalqın gələcəyi üçün işbirliyi daha da artmaqdadır.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasıda Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Nazir bildirib ki, əlaqələri gücləndirmək üçün çalışmalar davam edir:

“Bu çərçivədə çox önəmli tədbirə evsahibliyi edən Azərbaycana səfərə gəlmişik. Səfər çərçivəsində ikitərəfli görüşlər keçirdik. Açılışdan sonra Azərbaycan hökuməti ilə Azərbaycanda enerji təminatıyla bağlı saziş imzaladıq. Oman və Səudiyyə Ərəbistanlı nazirlərlə görüşlər keçirdik. Həm bölgə, həm ölkələrimiz, həm də dayanıqlı şəhərlər, bir sözlə, gələcəyimiz üçün müzakirələr apardıq. Azərbaycanı belə gözəl tədbirə evsahibliyi etdiyi üçün təşəkkür edirəm”.

Nigar Həsənli
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr